Xəbər lenti

Tramp seçki ərəfəsində məşhurlara edilən ödənişlərin araşdırılmasını tələb etdi
Dünya 13:10 19.05.2025

Tramp seçki ərəfəsində məşhurlara edilən ödənişlərin araşdırılmasını tələb etdi

ABŞ-ın sabiq prezidenti Donald Tramp keçmiş vitse-prezident Kamala Harrisin seçki kampaniyası zamanı məşhurlara ödəniş edilməsi ilə bağlı araşdırma aparılmasını tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə siyasətçi "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Kamala Harris öz seçki kampaniyası zamanı Brüs Sprinqstinə zəif çıxışı üçün nə qədər pul ödəyib?", deyə Tramp bildirib və bunun ciddi və qanunsuz seçki ianəsi olduğunu qeyd edib.

Tramp əlavə edib ki, oxşar ödənişləri müğənni Beyons, teleaparıcı Opra Uinfri və rok qrupu U2-nun solisti Bono da almış ola bilər. O, bu məsələdə ciddi araşdırma aparılmasını tələb etdiyini vurğulayıb.

Prezidentin fikrincə, bu ödənişlər rəsmi şəkildə çıxış haqları kimi təqdim olunsa da, əslində Kamala Harrisə siyasi dəstək üçün verilən pullardır. Tramp xatırladıb ki, ABŞ qanunlarına əsasən namizədlərin dəstəklə bağlı ödəniş etməsi qadağandır və Harrisin bu yolla guya geniş xalq dəstəyi görüntüsü yaratmağa çalışdığını bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->