"Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətinin (QSC) xidmət rəisi vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Bakı Metropoliteni"nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov işdən çıxmaq üçün ərizə ilə müraciət edib.
QSC sədri Vüsal Aslanov Elçin Məmmədovu öz xahişi ilə vəzifəsindən azad edib. "Bakı Metropoliteni"ndən xəbəri saytımıza təsdiqləyiblər.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin Aparat rəhbəri Tərlan Dadaşov da işdən çıxmaq üçün QSC sədri Vüsal Aslanova ərizə ilə müraciət edib. O, hələlik məzuniyyətə göndərilib.
Əhməd
Şərhlər