"Vasif Məhərrəmlidən gözləməzdim. Hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında xanəndə Sabir Abdullayev müğənni Vasif Məhərrəmlinin "hər xanəndə mahnı oxuya bilmir" fikirlərinə cavab olaraq deyib.
Xanəndə bildirib ki, indi mahnı oxumaqdan asan şey yoxdur:
"Xanəndə muğam, xalq mahnıları oxuyur. Bu gün isə hər yerindən duran mahnı oxuyur. Əgər ona oxumaq demək mümkündürsə... Fonoqram sağ olsun. Muğam oxuyan çox azdır. Hərə öz işi ilə məşğul olsa, yaxşıdır. Xanəndə mahnı oxuyanların işinə qarışmır, mahnı oxuyanlar da xanəndələrin işinə qarışmasın. Xanəndəlik ağır sənətdir, bu yükü hər adam çəkə biməz. Aləm dəyib bir-birinə, elə sahələr var ki, gərək qarışmayasan".
Əməkdar müəllim Qəzənfər Abbasov da Vasif Məhərrəmliyə cavab verib:
"Hər müğənni də muğam oxuya bilmir. Gəlsin biri "Nəva"”muğamını oxusun, görüm oxuya bilərlər. Şahmatda bir gedişə mat edərəm onları".
Xatırladaq ki, Əməkdar artist Vasif Məhərrəmli xanəndələrlə bağlı qalmaqallı açıqlama verib. Müğənni bir çox xanəndənin mahnı oxuya bilmədiyini deyib: "Hər xanəndə mahnı oxuya bilmir. Muğam, təsnif oxuya bilər, amma mahnı yox".
Bahar Rüstəmli
Şərhlər