Xəbər lenti

Tacir Şahmalıoğlu oğluna 40 gün 40 gecə toy edəcək
Maqazin 14:47 18.05.2026

Tacir Şahmalıoğlu oğluna 40 gün 40 gecə toy edəcək

Müğənni Tacir Şahmalıoğlu oğluna 40 gün 40 gecə toy edəcəyini açıqlayıb. 

Sənətçi Qaynarinfo-ya bildirib ki, toy məclisinə 150-dən çox incəsənət nümayəndəsi dəvət olunub:

"Əslində toy iki gün üçün nəzərdə tutulub. Amma bizdə məclis 40 gün, 40 gecə davam edəcək. Toy ayın 27-də başlayacaq. Bu, bizə dədə-babalarımızdan qalan adətdir. Azərbaycanın ən tanınmış sənət adamlarını toya dəvət etmişəm. Türkiyə, İran, Rusiya və digər ölkələrdən də qonaqlar olacaq. Amma onlar əsasən dost-tanışlarımdır".

Tacir Şahmalıoğlu toyda yalnız yerli müğənnilərin çıxış edəcəyini vurğulayıb:

"Azərbaycanda çox güclü müğənnilər var. Onlar ola-ola başqa ölkələrin müğənnilərinə nə ehtiyac var?".

Qeyd edək ki, sənətçi oğlu Şahmalı üçün iki günlük toy məclisi təşkil edir. Toylardan biri kişilər üçün nəzərdə tutulub. İkinci məclis isə ayın 27-də keçiriləcək.

Bahar Rüstəmli
--> -->