Xəbər lenti

Macarıstan prezidenti baş nazirin istefa tələbini rədd etdi
Dünya 17:17 18.05.2026

Macarıstan prezidenti baş nazirin istefa tələbini rədd etdi

Macarıstan prezidenti Tamaş Şuyok ölkənin yeni baş naziri Peter Macarın mayın sonunadək istefa verməsi ilə bağlı tələbini qəbul etməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Şuyok bildirib ki, mövcud konstitusiya sistemi çərçivəsində öz vəzifələrini yerinə yetirməyə davam edəcək.

"Verdiyim and məni təkcə çoxluq və ya azlıq qarşısında deyil, bütün millət qarşısında öhdəliklərlə bağlayır", deyə Macarıstan prezidenti qeyd edib.

O əlavə edib ki, dövlət başçısı vəzifəsindən getməsi üçün heç bir əsas görmür. Şuyok Madyarın onun siyasi legitimliyini itirməsi ilə bağlı iddialarını rədd edib.

Tamaş Şuyok 5 mart 2024-cü ildən Macarıstan prezidenti vəzifəsini icra edir. Onun səlahiyyət müddəti 2029-cu ilə qədər davam edəcək.

9 mayda baş nazir vəzifəsinə rəsmi olaraq başladıqdan sonra müxalif Tisa Partiyasının lideri Peter Macar Tamaş Şuyoku 31 maydan gec olmayaraq istefa verməyə çağırıb. Hökumət başçısı bildirib ki, prezident ölkənin demokratik yenilənməsinə mane olmamalıdır. Macarın sözlərinə görə, Şuyok konstitusiyanın və qanunçuluğun təminatçısı olmaq əvəzinə, ictimai, siyasi və maliyyə sahələrində hakimiyyətin sui-istifadələrinə göz yumub.

Macar həmçinin Macarıstanda Ali Məhkəmənin rəhbəri, baş prokuror, Konstitusiya Məhkəməsinin sədri və digər qurum rəhbərlərinin də istefasını tələb edib.

Aydın
--> -->