Xəbər lenti

Azərbaycanda
Ekonomiks 15:15 18.05.2026

Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var

Azərbaycanda "halal" adı altında fəaliyyət göstərən şirkətlərin milyonlarla borcu var.

Qaynarinfo-nun məlumatına görə, "Azəri Halal" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 49.909,14 AZN vergi borcu yaranıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Əlişir Surxay oğludur. 

"Az.Halal Qida" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.642.263,64 manat vergi borcu var. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Abdullayev Vüsal Hidayət oğludur. 

Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əhmədov Sadiq Əhməd oğlu olan "Halal Food" MMC-nin isə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 2.140.931,41 AZN-ə yüksəlib. 

Aydın
--> -->