Xəbər lenti

4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - RƏQƏM
Ekonomiks 14:38 18.05.2026

4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - RƏQƏM

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Qaynarinfo bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 17 milyard 403 milyon 345.14 min ABŞ dolları təşkil edib.
--> -->