Almaniyanın gələcək kansleri Fridrix Mers ölkənin beynəlxalq rəqabət qabiliyyətini təmin etmək üçün sürətli addımlar atmağa çağırıb. Bu, ABŞ prezidenti Donald Trampın genişmiqyaslı tariflər elan etməsindən sonra səhm və istiqraz bazarlarında baş verən tənəzzül fonunda baş verib.
Qaynarinfo xəbər verir ki, Mers bu barədə Reuters agentliyinə şərhində
deyib.
"Beynəlxalq səhm və istiqraz bazarlarında vəziyyət dramatikdir və daha da pisləşə bilər. Buna görə də Almaniyanın beynəlxalq rəqabət qabiliyyətini mümkün qədər tez bərpa etməsi hər zamankından daha aktualdır”, - Mersin bildirib.
Almaniyanın gələcək kansleri bu məsələnin koalisiya danışıqlarının mərkəzində dayanmalı olduğunu bildirib.
Aprelin 7-si, bazar ertəsi günü əsas fond indeksləri enib. Bu, Trampın tarif planlarından geri çəkiləcəyinə dair heç bir əlamət göstərməməsi və investorların artan tənəzzül riskinin ABŞ Federal Ehtiyat Sistemini artıq may ayında faiz dərəcələrini azaltmağa sövq edə biləcəyinə inanması ilə əlaqədardır.
Avropa İttifaqının digər ölkələri ilə yanaşı Almaniya da polad, alüminium və avtomobil idxalına 25%-lik tariflərlə, eləcə də çərşənbə günündən etibarən demək olar ki, bütün digər mallara qarşı 20%-lik "qarşılıqlı” tariflərlə üzləşir.
ABŞ prezidenti Donald Tramp aprelin 2-də rəsmi şəkildə ticarət müharibəsinin başladığını elan edib. O, malların mənşə ölkəsindən asılı olaraq ABŞ-a idxala 10%-dən 50%-dək rüsum tətbiq ediləcəyini bəyan edib.
Almaniya hökuməti Trampın genişmiqyaslı tariflər tətbiq etmək qərarını qınayıb və bunun qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyini qeyd edib.
Aprelin 7-də ABŞ prezidenti bəyan edib ki, əgər Avropa hər il "çoxlu pul ödəməsə”, Birləşmiş Ştatlar tariflərin dəyişdirilməsi ilə bağlı onunla danışıqlar aparmayacaq.
Alpər
Şərhlər