Xəbər lenti

Azərbaycanda ən çox tələb olan avtomobillər
Ekonomiks 21:48 07.04.2025

Azərbaycanda ən çox tələb olan avtomobillər

Azərbaycanda avtomobil bazarında tendensiyalar çox kəskin şəkildə dəyişib və bazarda bir yenilənmə müşahidə olunur. 

Bunu İqtisadiyyat.az-a açıqlamasında daşınar və daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. 

O bildirib ki, orta və aşağı seqmentə daxil olan nəqliyyat vasitələrinin, yəni ekonom sinfə aid olan avtomobillərin qiymətində azalmalar müşahidə olunur. 

Ekspert əlavə edib ki, qiyməti ucuz olan avtomobillərə tələb daha çoxdur.

Qeyd edək ki, taksi fəaliyyəti ilə bağlı yeni qaydaların tətbiq edildiyi 2024-cü ilin iyul ayından etibarən Çindən hibrid avtomobillərin idxalı dörd dəfəyə yaxın artıb. Bununla yanaşı taksi fəaliyyəti kimi fəaliyyət göstərən və tətbiq edilən qaydalara uyğun olmayan avtomobillər kütləvi şəkildə satışa çıxarılır ki, bu da avtomobil bazarənda qiymətlərin aşağı düşməsinə səbəb olur.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->