"Ayıq sürücü" filmində iştirak edən aktyorların təhdid olunması və hücuma məruz qalması ilə bağlı iddialar araşdırılıb.
Qaynarinfo xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli APA-ya açıqlamasında Buzovna qəsəbəsinin bir qrup sakini ilə aktyor heyətinin görüşünün olduğunu bildirib.
Görüşdə anlaşılmazlıq yaradan hallara görə filmdən həmin hissələrin çıxarıldığı diqqətə çatdırılıb. Aktyorlara hücum edilməsi və digər qanunsuz hallarla bağlı iddialar isə təsdiqini tapmayıb və buna görə polisə hər hansı müraciət daxil olmayıb.
Qeyd edək ki, bundan öncə "Ayıq sürücü"nün aktyorlarına hücum edildiyi haqda məlumat yayılmışdı.
Şərhlər