Xəbər lenti

Bu qarışqalar digər koloniyanı xilas etmək üçün özlərini partladırlar - Bioloqdan açıqlama
Dünya 23:59 07.04.2025

Bu qarışqalar digər koloniyanı xilas etmək üçün özlərini partladırlar - Bioloqdan açıqlama

Cənub-Şərqi Asiyanın tropik meşələrində nadir hallarda rast gəlinən qeyri-adi qorunma mexanizmi ilə seçilən bir qarışqa növü yaşayır. "Colobopsis explodens" adlı bu növ koloniyalarını qorumaq üçün öz bədənlərini partlatmaqla həyatlarını qurban verirlər.

Qaynarinfo xəbər verir ki, Rutgers Universitetinin təkamül bioloqu Skott Trevers "Forbes" üçün yazdığı məqalədə bu qəhrəman qarışqaların davranışlarını və yaşadıqları ekosistemi ətraflı təsvir edib. 

Onun sözlərinə görə, bu qarışqalar Borneoda, Tailandda və Malayziyada yüksək "dipterokarp" ağaclarında yaşayırlar və yuvaları bəzən 2 500 kvadratmetrdən artıq yarpaqlı sahəni əhatə edə bilir.

Cəmi bir neçə millimetr uzunluğunda olan bu qarışqalar, qırmızımtıl-qəhvəyi rəngdə incə bədən quruluşuna malikdirlər. Treversin izahına görə, hücum zamanı qarışqa öz bədənini parçalayır və sarı rəngli, yapışqan, öldürücü kimyəvi maddələr ehtiva edən maye ifraz edir. Bu mexanizmlə hücumçular zərərsizləşdirilir və ya öldürülür, koloniyanın digər üzvləri isə xilas olur. Lakin bu müdafiə üsulu qarışqanın həyatına başa gəlir.

Trevers həmçinin vurğulayıb ki, "Colobopsis explodens" növü meşələrdə ən çalışqan və nizamlı qida axtarıcılarından biridir. Bu qarışqalar gün ərzində, xüsusilə axşam saatlarında yüksək aktivlik nümayiş etdirir və koloniyanın müxtəlif yuvalarını birləşdirən geniş yollar boyunca yüzlərlə işçi qarışqa fasiləsiz hərəkət edir.

Məqalədə qeyd olunub ki, bu növün çoxyuvalı (polidominant) quruluşu onlara rəqabəti azaltmaqla daha geniş ərazini əhatə etməyə imkan verir. Beləliklə, qida toplama daha effektiv həyata keçirilir və mühitdəki dəyişikliklərə daha çevik reaksiya vermək mümkün olur.

Qarışqaların əsas qida mənbəyi isə şəkərlə zəngin mayelərdir. Bioloqun bildirdiyinə görə, bu mayelər arasında həşəratlar tərəfindən ifraz olunan bal şeh və bitkilərin xüsusi vəziləri tərəfindən ifraz olunan nektar əsas yer tutur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->