Xəbər lenti

Dünya 19:49 07.04.2025

"iPhone" bahalaşacaq: "Apple" istehsalını ABŞ-a köçürməyəcək

"Apple" onilliklərdir ki, loqistikasını Asiya bazasına uyğunlaşdırdığından, Donald Trampın tətbiq etdiyi ticarət rüsumlarına baxmayaraq, "iPhone" istehsalının ABŞ-a köçürülməsi bir sıra səbəblərdən mümkün deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin jurnalisti Mark Qurman məlumat verib.

İlk səbəb - maliyyət: ABŞ-da istehsal həm zavodların tikintisi, həm də əmək haqqı baxımından daha bahalıya başa gəlir. 

Müqayisə üçün: Hindstan və ya Çində "Apple" on minlərlə işçini ayda 300-500 dollar maaşla işə götürə bilir, ABŞ-da isə bu göstəricilər bir neçə dəfə yüksəkdir.

Bundan əlavə, iri podratçılar mövsümi istehsal dövrlərində 50 minədək müvəqqəti işçi işə cəlb edir və onlara 1000 dollaradək mükafatlar təklif edirlər. ABŞ bazarında bu cür bonuslar ciddi stimullaşdırıcı hesab olunmur.

İkinci səbəb - infrastruktur: Asiyada "Apple" artıq illərdir komponent təchizatçıları ilə sıx əməkdaşlıq quraraq güclü təchizat zənciri formalaşdırıb. Bu infrastrukturun ABŞ-a daşınması sadəcə vəsait deyil, uzunmüddətli və mərhələli loqistika yenilənməsi tələb edir.

Üçüncü səbəb - miqyas: Hər ay milyonlarla "iPhone" istehsal etmək - bu, qismən ABŞ-da həyata keçirilən kiçikhəcmli "Mac" kompüterlərinin istehsalı ilə müqayisədə tamamilə fərqli prosesdir. Smartfonların kütləvi istehsalı sürət, koordinasiya və çeviklik tələb edir ki, ABŞ əmək bazarı buna hazır deyil.

Qeyd edək ki, daha əvvəl verilən analitik proqnozlara əsasən, ABŞ-ın yeni gömrük rüsumları nəticəsində 128 GB yaddaşa malik ən sadə "iPhone" modelinin qiyməti 799 dollardan 1142 dollara qədər yüksələ bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->