Xəbər lenti

Haland uğursuzluğa görə
İdman 21:16 07.04.2025

Haland uğursuzluğa görə "Mançester Siti"ni tərk etməyə hazırlaşır

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haland bu yay klubunu tərk edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Qeyd olunur ki, "Mançester Siti"nin gözləntilərini doğrultmayan kifayət qədər çətin mövsüm keçirib. Mənbə jurnalistlərə bildirib ki, bu səbəbdən 24 yaşlı futbolçu özünə yeni klub axtarmağa başlayıb.

Nəşr xatırladıb ki, bir müddət əvvəl Haland "Mançester Siti" ilə müqaviləsini 2034-cü ilə qədər uzadıb. Bununla belə, İngiltərə klubunun hazırkı vəziyyəti təşviş doğurur.

Pep Qvardiolanın komandası Premyer Liqada beşinci yerdə qərarlaşıb və Çempionlar Liqasında uduzub. Komanda Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.

Mənbənin məlumatına görə, PSJ və "Bavadiya" klubları Halandla maraqlanmağa başlayıb. Hələlik bunlar norveçli futbolçunu istəyən ən şanslı namizədlərdir.

Samir

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->