Xəbər lenti

Prezidentdən bu hakimlərlə bağlı qərar - Yaş həddi artırıldı
Ölkə 20:00 07.04.2025

Prezidentdən bu hakimlərlə bağlı qərar - Yaş həddi artırıldı

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.

Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.

Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->