Xəbər lenti

Daha bir dələduzluq işi: Ev növbəsi, verginin silinməsi, nikahın pozulması...
Ölkə 22:22 07.04.2025

Daha bir dələduzluq işi: Ev növbəsi, verginin silinməsi, nikahın pozulması...

Dələduzluq cinayəti ilə bağlı daha bir məhkəmə prosesi başa çatıb. 

Qaynarinfo xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan N.Z. hakim Xalidə Əlisoyun çıxardığı hökmə əsasən, 2 il 9 ay müddətə azadlıqdan məhrum edilib. 

N.Z. 2024-cü ildə də dədləduzluq əməlinə görə mühakimə olunaraq Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Bu cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla yeni cəza ilə qismən toplanıb və N.Z.-ya qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

İş materiallarından aydın olur ki, N.Z. 3 nəfərə qarşı dədləduzluq etməkdə ittiham olunub. O, zəzərçəkmişlərdən birinə ev növbəsində yardım edəcəyini vəd verərək, ondan 6000 manat alıb. 

İkinci zərərçəkən sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Ona 4 milyon vergi borcu hesablanıb. Sahibkar vergi borcunu ödəyib, lakin bu məbləğin ondan artıq alındığını düşünüb. N.Z. həmin məbləği geri qaytara biləcəyini vəd edərək, bunun müqabilində 21 000 manat pul alıb. 

Üçüncü zərərçəkmiş isə nikahın pozulması ilə əlaqədar qızı-ziynət əşyalarının geri qaytarılması barədə onun əleyhinə olan məhkəmə qərarının ləğv edilməsi ilə bağlı N.Z-ya müraciət edib. Təqsirləndirilən şəxs bu məsələyə görə ondan 1000 manat alıb. 

Məhkəmə prosesində N.Z. özünü təqsirli bilməyib. O, iddia edib ki, o zərəçəkmişlərə hüquqi yardım göstərməyə çalışıb. Zərəçəkmişlər isə bildirib ki, N.Z. özünü onlara vəkil kimi təqdim edərək müyyən qurumlarla və vəzifəli şəxslərlə tanışlığı olduğunu bildirib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->