Xəbər lenti

Trampın müşaviri ona
Dünya 14:40 14.04.2025

Trampın müşaviri ona "axmaq" deyən Maskdan küsməyib

ABŞ prezidenti Donald Trampın müşaviri Piter Navarro Dövlət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskla münaqişəsinin olmadığını deyib. 

Qaynarinfo xəbər verir ki, Mask sosial şəbəkədə Navarroya "axmaq", "kərpic dolu kisədən də axmaq" kimi ifadələrlə müraciət etmişdi.

"NBC News" kanalına verdiyi açıqlamada Navarro bildirib: "İlonla hər şey qaydasındadır. Məni daha pis adlarla da çağırıblar".

Piter Navarro Trampın ticarət siyasəti üzrə baş müşaviridir və ABŞ-ın aprel ayının əvvəlində tətbiq etdiyi "güzgü tarifləri"nin hazırlanmasında əsas rol oynamış şəxsdir. Mask 75 yaşlı iqtisadçını iki səbəbdən tənqid edib: tariflərin tətbiqinə görə və Navarronun onun haqqında "avtomobil istehsalçısı deyil, sadəcə yığmaçı" ifadəsini işlətməsinə görə. Trampın müşaviri iddia edib ki, "Tesla" avtomobilləri əsasən xaricdən gətirilən detallardan yığılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->