Xəbər lenti

Ermənistan və Fransa XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 21:08 15.04.2025

Ermənistan və Fransa XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı onu Cənubi Qafqazdakı sülh prosesi barədə məlumatlandırıb.

"Report” xəbər verir ki, bu barədə A.Mirzoyan "X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Jan-Noel Barro ilə söhbət zamanı ikitərəfli gündəliyimiz çərçivəsində qarşıdan gələn görüşləri müzakirə etdik. Onu regiondakı vəziyyət və Azərbaycanla sülh sazişinin imzalanması yolu da daxil olmaqla Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə yönəlmiş davamlı səylər barədə məlumatlandırdım", - o yazıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->