Xəbər lenti

Avropanın tanınmış klubları
İdman 17:41 15.04.2025

Avropanın tanınmış klubları "Qarabağ"ın yarımmüdafiəçisini istəyir

"Qarabağ" futbol klubu komandanın çernoqoriyalı yarımmüdafiəçisi Marko Yankoviçlə bağlı rəsmi təkliflər alacaq.

Bu barədə azerisport.com xəbər yayıb.

Bildirilir ki, Yunanıstanın "Panatinaikos" və Xorvatiyanın "Dinamo" klubları Çernoqoriya millisinin yarımmüdafiəçisinə ciddi şəkildə hədəflənib, bu səbəbdən qarşıdakı yay mövsümündə onun transferi üçün konkret məbləğlərlə "Qarabağ"a müraciət etmək niyyətindədirlər.

Məlumata görə, Yankoviçlə 2026/27 mövsümünün sonuna qədər müqaviləsi olan Ağdam klubu komandanın yarımmüdafiə xəttində əsas rol oynayan 29 yaşlı futbolçudan ayrılmaq istəmir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->