ABŞ prezidenti Donald Tramp Sumıda baş vermiş qanlı hücumdan sonra Rusiyaya qarşı sanksiyaların tətbiq olunmayacağını bildirib. Hücum nəticəsində 35 nəfər həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Salvador prezidenti Nayib Bukele ilə görüşü zamanı danışıb.
"Rusiyaya bu hücuma görə sanksiya tətbiq ediləcəkmi?” sualına cavab olaraq Tramp bildirib ki, o, artıq "Şimal axını-2” qaz kəmərinə qarşı sanksiya tətbiq edib və görünür, layihəni dayandırıb.
"Bu, Avropa boyunca uzanan böyük bir kəmər idi. Mən onu dayandırdım. Bu, rus kəməridir və ehtimal ki, dünyanın ən böyük qaz kəməridir, Almaniyaya gedir. Və mən onu dayandırdım”, – deyə Tramp bildirib.
UNIAN agentliyinin məlumatına görə, 13 apreldə səhər ruslar Sumı şəhərinin mərkəzinə iki "İskəndər-M”/KN-23 tipli ballistik raketlə zərbə endirərək hərbi cinayət törədiblər. Hücum nəticəsində 30-dan çox insan həlak olub, ölənlər arasında uşaqlar da var. Onlarla insan isə yaralanıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun sözlərinə görə, hücum Rusiya Federasiyasının Voronej vilayətinin Liskı və Kursk vilayətinin Lejenki yaşayış məntəqələrində yerləşən 112-ci və 448-ci raket briqadaları tərəfindən həyata keçirilib.
Eyni zamanda, Tramp Sumaya endirilmiş zərbəni "dəhşətli” adlandırıb və bunun "səhvən” baş verdiyini bildirib. Bununla belə, ABŞ prezidenti həmin səhvin konkret kim tərəfindən edildiyini dəqiqləşdirməyib.
Alpər
Şərhlər