Xəbər lenti

Trampın rüsumları brilyant bazarını iflic etdi: Bazar tamamilə dayandı
Dünya 16:10 15.04.2025

Trampın rüsumları brilyant bazarını iflic etdi: Bazar tamamilə dayandı

ABŞ-ın tətbiq etdiyi rüsumlardan sonra 82 milyard dollar dəyərində qiymətləndirilən qlobal brilyant bazarı demək olar ki, tamamilə dayanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Brilyant ticarətinin əsas mərkəzlərindən biri olan Antverpendən daşımalar 85% azalıb.

Mart ayında Donald Tramp administrasiyası brilyant idxalına 10%-lik əsas rüsum tətbiq edib. Əlavə məhdudiyyətlər hələ 90 günlüyünə təxirə salınsa da, artıq qüvvədə olan tarif sənayeyə ciddi zərbə vurub.

Antverpen Almaz Mərkəzinin baş direktoru Karen Rentmisters bildirib: "Brilyantlara rüsum tətbiq olunması məntiqsiz qərardır. Onun təsirləri pandemiya ilə müqayisə oluna bilər”.

Yeni qaydalar Hindistanın brilyant cilalama sənayesini də risk altına salıb. Bu ölkə dünyada emal olunan brilyantların 90%-dən çoxunu cilalayır. Əgər ABŞ Hindistan məhsullarına 27%-lik rüsum tətbiq edərsə, bu, milyardlarla dollar itkiyə səbəb ola bilər.

ABŞ brilyant istehsalı zəncirində yalnız sertifikatlaşdırma mərhələsində iştirak edir. Sahənin aparıcı qurumu olan GIA (Gemological Institute of America) artıq öz xidmətlərini xaricdə, xüsusilə Dubay və Honqkonqda genişləndirmək yollarını axtarır.

Brilyantlarla zinət əşyalarının ən iri satıcısı olan Signet Jewelers təchizatçıları xəbərdar edib ki, yeni rüsumlarla bağlı xərcləri qarşılamayacaq. Şirkət aprel-may aylarında sifarişlərin ABŞ-a çatdırılmasını maksimum sürətlə tamamlamağa çalışacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Çin idxalına rüsumları 145%-ə qədər artırdıqdan sonra Pekin nadir torpaq elementləri və maqnitlərin ixracını dayandırmışdı.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->