Naxçıvan Muxtar Respublikasında "Orqanik Naxçıvan” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi dəyişib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.
Qərara əsasən, muxtar respublikanın Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Müşahidə Şurasının üzvləri arasından çıxarılıb. Onun əvəzinə isə bu tərkibə muxtar respublikanın ekologiya və təbii sərvətlər nazirinin müavini daxil edilib.
Hazırda Müşahidə Şurasının sədri muxtar respublikanın Baş nazirinin birinci müavini, üzvlər isə Qida Təhlükəsizliyi Agentliyinin sədri, iqtisadiyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini və ekologiya və təbii sərvətlər nazirinin müavinidir.
Qeyd edək ki, "Orqanik Naxçıvan” publik hüquqi şəxsi 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. Qurum muxtar respublikada orqanik kənd təsərrüfatının inkişaf etdirilməsi və orqanik məhsulların istehsalının tənzimlənməsi isitqamətində fəaliyyət göstərir. Qurum həmçinin Naxçıvanın orqanik məhsullarının ölkə daxilində və xaricində satışı ilə məşğuldur.
Şərhlər