"Bakıda ağcaqanad əlindən dayanmaq olmur. Nə gecəmiz, nə də gündüzümüz var".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib:
"Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu əhalinin sağlamlığına ciddi ziyandır. Yenidən malyariya yarada bilər. Bunu kökü sovet dövründə kəsilib. Sanitariya-epidemioloji xidmətə diqqət etmək lazımdır".
Deputat bildirib ki, hər yer sahibsiz küçə itləri ilə doludur: "İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi neynəyək itləri yığıb Koreyaya, Çinə sataq?”
T.Kərimli əlavə edib ki, ilanlar da insanlara narahatlıq yaradır:
"Zəhərli ilanlar baş alıb gedir, insanları qorxudur".
Qafqaz Rafiqoğlu
Şərhlər