Xəbər lenti

Əcəminin abidəsi ilə bağlı
Ekonomiks 13:05 18.05.2026

Əcəminin abidəsi ilə bağlı "Cahan İnşaat"a yarım milyonluq sifariş

Naxçıvan şəhərində yerləşən "Əcəmi Seyrəngahı İstirahət Kompleksi"ndə Memar Əcəmi Naxçıvaninin abidəsi ucaldılacaq. 

Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Mədəniyyət Nazirliyi artıq abidənin ucaldılması üçün tikinti-quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı tenderə yekun vurub.
 
Tenderin qalibi "Cahan İnşaat” MMC seçilib. Tikinti-quraşdırma işləri üçün şirkətə 500 482,28 manat ödəniləcək. 
 


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Cahan İnşaat” MMC 10 avqust 2007-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Naxçıvan, Azərbaycan küçəsi, ev 20-də yerləşir. Şirkətin qanuni təmsilçisi Tapdıqlı Fariz İdris oğludur. 

"Cahan İnşaat” MMC "Cahan Holdinq”ə daxildir. Holdinq vaxtilə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun şirkəti kimi tanınıb. 

Vasif Talıbov vəzifəsini ititrdikdən sonra yayılan məlumatlarda onun bəzi biznes subyektlərinə, o cümlədən "Cahan Holdinq”ə nəzarəti itirdiyi vurğulanırdı. 

Seyid
--> -->