Xəbər lenti

Kim Çen In Cənubi Koreya ilə sərhədlə bağlı tapşırıq verdi
Dünya 12:08 18.05.2026

Kim Çen In Cənubi Koreya ilə sərhədlə bağlı tapşırıq verdi

Şimali Koreya lideri yüksək rütbəli hərbi rəsmilərlə keçirdiyi toplantıda ön xətt bölmələrinin gücləndirilməsi ilə bağlı göstəriş verib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Korean Central News Agency məlumat yayıb.

Məlumata görə, Kim Çen In ordunun texniki imkanlarının artırılması və sərhəd müdafiəsinin daha da möhkəmləndirilməsi üçün yeni planların hazırlanmasını tələb edib. O, hərbi rəhbərlərə "müharibənin qarşısını almaq üçün böyük dəyişikliklərin həyata keçiriləcəyini” bildirib.

Şimali Koreya lideri həmçinin ordunun bütün sahələr üzrə əməliyyat konsepsiyasının yenilənməsinin vacibliyini vurğulayıb. Analitiklər hesab edirlər ki, bu yanaşma Rusiya-Ukrayna müharibəsində müşahidə olunan pilotsuz uçuş aparatları, dəqiq zərbə sistemləri və elektron müharibə təcrübələri ilə bağlıdır.

Qərar Pxenyan və Seul arasında münasibətlərin gərgin olduğu bir dövrdə qəbul edilib. Şimali Koreya son aylarda Cənubi Koreyanın dialoq təkliflərinə cavab vermir.

Bununla yanaşı, Şimali Koreyanın qadın futbol komandası səkkiz ildən sonra ilk dəfə Cənubi Koreyaya səfər edib. Bu hadisə iki ölkə arasında münasibətlərdə müəyyən yumşalma ehtimalı ilə bağlı ümidlər yaradıb.

Qeyd edək ki, Şimali Koreya bu ayın əvvəlində konstitusiyasından Cənubi Koreya ilə birləşmə ilə bağlı bütün müddəaları çıxarıb. Bu addım Pxenyanın Seula qarşı daha sərt siyasət yürütmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.
 
Günay
--> -->