Xəbər lenti

İran hava limanında saxlanılan Qəzənfər Abbasov Bakıya qayıtdı
Ölkə 10:33 16.01.2026

İran hava limanında saxlanılan Qəzənfər Abbasov Bakıya qayıtdı

"Hazırda imtahandayam".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov İrandan gələrkən hava limanında saxlanılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirərkən deyib. 

Xanəndə bildirib ki, hazırda Bakıdadır və imtahanda iştirak edir. Xanəndə bu səbəbdən açıqlama verə biləməyəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış xanəndəsi Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun hansı səbəbdən saxlanıldığı məlum deyil. Bu barədə Manset.az saytı məlumat yayıb.

Bahar Rüstəmli

--> -->