"Bu il bir çox universitetlərdə təhsil haqları artırılıb. Təhsil haqları artırılarkən əhalinin vəziyyəti nəzərə alınmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat hesab edir ki, artım mütləq dövlətin qərarı ilə olamlıdır:
"Dövlət bu qiymətləri tənzimləməli və tədrisin keyfiyyətinə uyğun olamlıdır. Əgər ölkədə minimum əmək haqqı 400 manat civarındadırsa, bu məbləğdə xeyli maaş alan varsa, vətəndaşlar təhsil haqlarını hansı formada və necə ödəyəcəklər? Ona görə düşünürəm ki, bu kimi məsələlərə dövlətin ciddi nəzarəti olmalıdır və dövlət prosesə əl qoymalıdır”.
Deputat bildirib ki, təhsil haqlarının bu qədər artırılması ciddi şəkildə araşdırılmalı məsələdir:
"Hesab edirəm ki, bu məsələnin univesitetlərin ixtiyarına buraxılması düzgün deyil. Universitetlər istədiyi vaxt qiyməti qaldırmalı deyillər. Anlayıram, universitetlərin özlərinin də xərcləri var. Amma bu formada qiymət artımı ona aparacaq ki, gənclər yerli universitetləri deyil, xarici universitetlərdə təhsil almağı seçəcək”.
Ceyhun Məmmədov bu gün iki-üç tələbə oxudan ailələlərdən də söz açıb:
"2-3 uşağı təhsil alan ailələr var. Belə ailələrin il ərzində 6-7 min manat təhsil haqqı verməsi kifayət qədər çətin və mürəkkəbdir”.
Bahar Rüstəmli
Şərhlər