Xəbər lenti

Deputat:
Ölkə 12:02 17.10.2023

Deputat: "Mənim müxalifət olmağa haqqım var?"

"Son dövrdə məni bir şey çox düşündürür. Qarabağda böyük bir qələbə qazandıq. O zaman mənim partiyamın və özümün müxalifətliyinə nə ehtiyac var?” 

Qaynarinfo xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli Milli Məclisin plenar iclasında bildirib.

"Mənim müxalif olmağa haqqım varmı? Demokratiya bir prosesdir. Əgər Qarabağ məsələmizi təmin etmişiksə, demokratiya, insan hüquqları, rifahın daha yaxşılaşdırılması uğrunda Prezident İlham Əliyevin yanında olmalıyıq, nəyinki qarşısında. Nə üçün qarşıdurma, nifrət, aqressiya üzərində köklənməliyik? Müxalifət, bu nə haqq-hesabdır sizdə? 210 il ərzində qazandığımız qələbələrin yanında ancaq qara nöqtələri axtarmaq lazımdır? Nə qədər gec deyil, sizi bir yerdə olmağa çağırıram. İqtidarın da içində aqressiv çıxış edən var. Bu yaxınlarda bir məmur deyirdi ki, guya biz 30,50 yaş pensiya yaşı tələb edirik".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->