Xəbər lenti

Ölkə 17:10 30.12.2025

"Bakı Gəmiqayırma Zavodu" AZAL-dan 5 milyon dollar faizsiz borc alıb

"Bakı Gəmiqayırma Zavodu" MMC "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) 5 milyon ABŞ dolları faizsiz borc alıb.

"Report" xəbər verir ki, tərəflər arasında bununla bağlı müqavilə dekabrın 8-də imzalanıb.

Müqaviləyə əsasən, borc dekabrın 15-də verilib və 31 yanvar 2028-ci ilə qədər tam şəkildə qaytarılmalıdır.

Xatırladaq ki, hər iki müəssisə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nəzarətindədir və borcun verilməsi onların əlaqəli tərəflər olması çərçivəsində baş tutub.
--> -->