Xəbər lenti

Sənət 17:52 29.04.2022

"Azdrama" Trabzona Şekspirlə gedir

Akademik Milli Dram Teatrı Türkiyənin Trabzon şəhərində keçirilən Beynəlxalq festivalda çıxış edəcək.

Qaynarinfo xəbər verir ki, teatr 5-9 may tarixlərində Türkiyədə keçiriləcək Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında V. Şekspirin "On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edəcək. 
 
Tamaşa 7-8 may tarixlərində Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş olunacaq. 
 
Tamaşanın müəllifi, rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır. Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov (Orsino), Məsmə Aslanqızı (Oliviya), Aslan Şirin (Malvolio), Anar Heybətov (Sebastian) aktrisalar İlahə Həsənova (Viola), Nigar Güləhmədova (Mariya) və başqaları iştirak edir.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->