Xəbər lenti

Ekonomiks 15:40 14.04.2025

"Tərəvəzçiliyin Elmi Tədqiqat İnstitu çox bərbad vəziyyətdədir"

"Əslində, gözəl bir addımdır. Artıq parkların səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyinə verilir. Bundan sonra onun bütün maddi-texniki bazası, təminat və təchizat məsələlərini də nazirlik həll edəcək. Yaxşı bir ideyadır. Biz bu fərmanı dəstəkləyirik".

Bu barədə Qaynarinfo-ya fermer Anar Abbasov Prezident İlham Əliyevin aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərmanından danışarkən deyib. 

Fermer bildirib ki, bu gün kənddə hər bir şəxs ona məxsus torpaq payını əkir:

"Sonra yetişdirdikləri məhsulu satmaq üçün də ayrı-ayrı bazarlara çıxardırlar. Ancaq bunu cəmləşib qrup şəkilində edəndə tədarük məntəqəsi bir yerdə olacaq. Bu gün çoxlu aqroparklar var, amma özəl sektor kimi fəaliyyət göstərirlər. Həmçinin Tərəvəzçiliyin Elmi Tədqiqat İnstitu var. Bir-iki dəfə yolumu bu institutdan salmışam ki, nəsə öyrənim, amma gördüm ki, onlardan öyrəniləsi nəsə yoxdur. Əslində, onlar bizdən öyrənməlidir. Bu institut çox bərbad vəziyyətdədir. Ora milyonlarla vəsait ayrılıb. Yaxşı laboratoriyaları da var, ancaq onların heç biri işləmir. Bu gün Azərbaycana kənardan 90% toxum gəlir. Buna baxmayaraq, biz burada yetişdirdiyimiz məhsulu Rusiya və xarici bazarlara sata bilmirik".

İqtisadçı Xalid Kərimli deyib ki, bu, dövlət daxilində inzibati funksiyaların bölüşdürülməsidir:

"Bu, əvvəllər İqtisadiyyat Nazirliyində ayrıca bir qurum idi. İndi onun fəaliyyəti inzibati struktur kimi Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. Ümumi şəkildə kənd təsərrüfatında ixracın artması və s. kimi problemləri həll etməyəcək. Aqoparkların əhəmiyyətli hissəsi böyük holdinqlərin və qrupların maliyyələşməsi ilə yaranıb. Amma istəlinən halda bazarın formalaşmasında rol oynayırlar. İstehsalın və ixracların artması da yaxşıdır".

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı fərmana görə, dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->