Xəbər lenti

Naxçıvanda yeni qurum yaradıldı
Ekonomiks 15:07 14.04.2025

Naxçıvanda yeni qurum yaradıldı

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Təhlükəli Tullantı Poliqonu” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.

Qərara əsasən, təsərrüfathesablı "Təhlükəli Tullantı Poliqonu” MMC muxtar respublika ərazisində əlvan və qara metal tullantıları istisna olmaqla, təhlükəli tullantıların, o cümlədən istehsalat, tibbi, yararsız tullantıların, zərərli kimyəvi maddələrin, civə və civə birləşmələrinin yığılması (toplanması), daşınması, yerləşdirilməsi, çeşidlənməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə işləri yerinə yetirəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->