Xəbər lenti

İtaliyada 500 nəfərlik dava: 13 polis yaralandı - Derbidə nə baş verdi?
İdman 15:27 14.04.2025

İtaliyada 500 nəfərlik dava: 13 polis yaralandı - Derbidə nə baş verdi?

İtaliya A Seriyasında keçirilən "Latsio" - "Roma" derbisi ərzində qarşıdurmalar baş verib. 

Qaynarinfo xəbər v erir ki, matçdan əvvəl "Latsio" və ""Roma azarkeşləri arasında baş verən toqquşmalarda polislər də yaralanıb.

UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan bu iki rəqibin 32-ci tur görüşündə heç-heçə qeydə alınarkən, oyundan əvvəl stadion ətrafında baş verən hadisələr İtaliyada gündəm olub. 1:1 hesabı ilə yekunlaşan derbinin əvvəlində baş verən hadisələrdə 13 polisin yaralandığı bildirilib. 



İtaliya mətbuatında yayılan xəbərlərə görə, matçdan əvvəl təxminən 500 nəfərlik "Roma" azarkeşi qrupu "Latsio"luların olduğu yerə getmək istəyib. Rəqin də "Roma" azarkeşlərinin olduğu yerə yönəlməyə cəhd etməsi nəticəsində təhlükəsizlik qüvvələri azarkeşlərin qarşı-qarşıya gəlməsinin qarşısını alıb.

Bu zaman bir qrup "Latsio" azarkeşi polislərlə qarşıdurma yaşayıb. Polisin gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə etdiyi hadisələr zamanı bəzi azarkeşlər təhlükəsizlik qüvvələrinə şüşə, məşəl və yaxınlıqdakı restoranın stullarını atıblar. Hadisələr zamanı 13 polisin yaralandığı bildirilib.



Daxili İşlər Naziri Matteo Piantedosi derbidə baş verən hadisələrlə bağlı çıxışında son günlərdə ölkənin müxtəlif şəhərlərində və xüsusilə də paytaxt derbisində polisə qarşı təcavüz aktlarının "qəbuledilməz" olduğunu və bu sahədə əlavə tədbirlər görməyə qərar verdiklərini bildirib.

Baş nazirin müavini və nəqliyyat və infrastruktur naziri Matteo Salvini isə sosial mediada paylaşdığı mesajında qeyd edib:

"İdmanla heç bir əlaqəsi olmayan şəhər şiddəti səhnələri. Bunlar azarkeş deyil, cinayətçidir. Yaralanan polis əməkdaşlarımızla həmrəyliyimizi bildirirəm".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->