Astarada 3-cü sinif şagirdi itkin düşüb.
Qaynarinfo xəbər verir ki, hadisə Astara rayonunun Maşxan kəndi ərazisində baş verib. Məktəbdən evə qayıdan 9 yaşlı Reyhan Məmmədzadənin itkin düşdüyü bildirilir.
Faktla bağlı polisə məlumat verilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, axtarış elan olunub. Azyaşlının tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Şərhlər