Xəbər lenti

Arif Babayev muğam müsabiqəsinin münsiflər heyətində - Daha kimləri var?
Sənət 17:01 09.04.2025

Arif Babayev muğam müsabiqəsinin münsiflər heyətində - Daha kimləri var?

IX Muğam Televiziya Müsabiqəsi başlayıb.

Bu barədə Qaynarinfo-ya Xalq artisti, müsabiqənin münsiflər heyətinin üzvü Nəzakət Teymurova məlumat verib.
 
Xanəndə müsabiqənin may ayında efirə gedəcəyini bildirib:

"Heydər Əliyev Fondunun layihəsi olan Muğam Televiziya Müsabiqəsinın açılışı Sumqayıt Muğam Mərkəzində oldu. Artıq seçim turları başlayıb. Bundan sonra seçim turları başqa rayonlarda aparılacaq. Bölgələrdə seçim turları yekunlaşan kimi müsabiqənin ikinci turu başlayacaq. İkinci tur canlı yayımla Beynəlxalq Muğam Mərkəzindən yayımlanacaq. Müsabiqəyə hədsiz sayda iştirakçı ərizə verib. Onların arasında 8-30 yaşa kimi olan iştirakçılar da var. Seçim mərhələsində 20 nəfər böyük iştirakçı, 10 nəfər isə 8 yaşlı iştirakçılar seçiləcək”.

Nəzakət Teymurova münsiflər heyətinin üzvlərinin adlarını da açıqlayıb:

"Münsiflər heyətində Xalq artisti Arif Babayev, Xalq artisti Səkinə İsmayılova, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Mələkxanım Eyyubova, İlqar Fəhmi, bəstəkar Sərdar Fərəcov və mən yer alıram. Müsabiqə 4 aya yaxın efirdə olacaq. Tamaşaçılar bu dəfə də gözəl və istedadlı ifaçıları tanıyacaq".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->