Xəbər lenti

24 il həbsdə yatan 74 yaşlı şəxs yenidən saxlanıldı
Ölkə 16:16 14.04.2025

24 il həbsdə yatan 74 yaşlı şəxs yenidən saxlanıldı

Lənkəranda 24 il 6 ay sonra həbsdən çıxan 74 yaşlı şəxs yenidən saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1951-ci ildə Lənkəran rayonu, Liman (Port İliç) şəhərində doğulmuş V.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məhkəmədə məlum olub ki, Liman şəhəri ərazisində itlər ona hücum etdiyi üçün 103 xidmətinə zəng edib. Lakin zənginə cavab verilməyib və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, qeyri-etik ifadələr işlədib. 

10 aprel 2025-ci ildə, saat 09.00 radələrində yaşadığı Liman şəhəri, Rəsulzadə küçəsində olarkən 2 polis əməkdaşı ona yaxınlaşaraq, polis şöbəsinə dəvət ediblər. O isə əsəbi halda ünvansız qeyri-etik ifadələr işlədib. V.B. məhkəmədə əməlindən peşman olduğunu deyib. 

Məhkəmənin qərarı ilə 74 yaşlı şəxs 200 manat məbləğində cərimə edilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->