Xəbər lenti

Sənət 12:29 12.04.2025

"Rembo: İlk qan" filminin rejissoru vəfat etdi

"Rembo: İlk qan”, "Berni ilə həftəsonu” və digər məşhur filmlərin rejissoru olan tanınmış kanadalı sənətkar Ted Kotçeff vəfat edib. Onun 94 yaşı var idi. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb.

Məşhur rejissorun ölüm səbəbi hələlik açıqlanmayıb. Ted Kotçeffin yaxınları bu barədə rəsmi açıqlama verməkdən imtina edirlər və onun itkisini hələ də qəbul edə bilmirlər.

Qeyd edək ki, Kotçeff iki dəfə evli olub və beş uşaq böyüdüb.

Gələcək rejissor Toronto Universitetini bitirib. Burada o, "ingilis ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və daha sonra televiziya və radio yayım şirkətində işə başlayıb. Karyerasına səhnə işçisi kimi başlayan Kotçeff sonradan ən gənc dramatik rejissora çevrilib.

Ted Kotçeffin ilk filmi 1962-ci ildə çəkilən "Tahiti tiaqı” olub. Lakin ona daha geniş tanınma gətirən ekran işi 9 il sonra yayımlanan "Təhlükəli oyanış” filmi idi. Ardınca "Daddi Kravitsin şagirdliyi” filmi Berlin kino festivalında "Qızıl ayı” mükafatını qazanıb və "Ən yaxşı adaptasiya olunmuş senari” nominasiyasında "Oskar”a namizəd olub.

Ted Kotçeffin Hollivudda tanınan filmləri arasında "Şimal Dallasın 40-cıları”, "Berni ilə həftəsonu”, "Dik və Ceynlə əyləncələr”, "Fövqəladə cəsarət”, "Rembo: İlk qan” və digər məşhur ekran əsərləri yer alır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->