Xəbər lenti

Bu qurumun sədri üçün iki müavin postu yaradıldı
Ekonomiks 16:30 14.04.2025

Bu qurumun sədri üçün iki müavin postu yaradıldı

Naxçıvan Muxtar Respublikasında ötən ilin iyulunda yaradılan "Naxçıvan Təlim Mərkəzi”ndə iki sədr müavini postu təsis edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.

Qərara əsasən, indiyədək İdarə Heyətində mövcud olan iki üzv vəzifəsi ləğv edilib, əvəzində isə İdarə Heyəti sədrinin iki müavini postu yaradılıb.

Beləliklə, İdarə Heyəti muxtar respublikanın Baş naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və sədrin 2 müavinindən ibarətdir.

Xatırladaq ki, "Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxs muxtar respublikanın dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda, peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə yaradılıb.

Məlumat üçün bildirək ki, Mərkəz yaranandan sonra İdarə Heyətinin sədri vəzifəsində Tağı Tağızadə çalışıb. O, bu ayın əvvəlində işdən çıxaraq Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yeni yaradılmış "N-Telekom” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->