Xəbər lenti

OPEC+ üzvləri öz neft hasilat kvotalarını pozmaqda davam edirlər -
Dünya 19:37 04.07.2024

OPEC+ üzvləri öz neft hasilat kvotalarını pozmaqda davam edirlər - "Bloomberg"

OPEC+ üzvü olan ölkələr, hasilatı kompensasiya etmək vədlərinə baxmayaraq, daha çox hasil etməkdə davam edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

OPEC+ koalisiyasına daxil olan İraq və Qazaxıstan ilkin mərhələdə qeyri-kafi azalmanı kompensasiya etmək üçün hasilatı daha da məhdudlaşdırmağa söz veriblər. Ən son istehsal təxminləri göstərir ki, onlar hələ bunu etməyiblər.

Bundan əlavə, OPEC+-in daxili sənədləri göstərir ki, OPEC+ üzvləri 2021-ci ildə əvvəlki ixtisar mərhələləri zamanı artıq hasilatı kompensasiya edə bilməyiblər.

Uğursuzluqlar neftin qiymətini artırır və bu qiymətlər iki ayın ən yüksək səviyyəsinə qalxaraq barrel üçün təxminən 87 dollar təşkil edir.
OPEC-in 2021-ci il üçün məlumatları göstərir ki, İraqın vaxtı keçmiş məhdudiyyətləri bu il az dəyişib, Qabonun vaxtı keçmiş borcu isə o qədər artıb ki, onu ödəmək üçün hasilatın iki ay ərzində tamamilə dayandırılmasını tələb edəcək.

Bu ölkələrin öz öhdəliklərini yerinə yetirməli olduğu müddət dəfələrlə uzadılıb. 2021-ci ilin oktyabr ayına olan məlumata görə, kompensasiya mexanizminin işə düşməsindən bir ildən çox vaxt keçdikdən sonra İraq və Qazaxıstanın hasilatı azaltmaq üzrə borcu azalmaq əvəzinə artıb.

OPEC-in son aylıq hesabatına görə, may ayında Bağdad planlaşdırılandan 195 min barel çox - sutkada 4,195 milyon barel, Astana isə 43 min barel artıq və ya sutkada 1,511 milyon barel neft hasil edib.

Moskva may ayında hasilatı əhəmiyyətli dərəcədə - gündəlik 9,182 milyon barrelə qədər azaldıb, lakin yenə də gündəlik kvotasını 133 min barel üstələyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->