Xəbər lenti

OPEC+ neft qiymətlərinin düşməsi səbəbindən hasilatı yenidən azalda bilər
Dünya 02:00 21.11.2023

OPEC+ neft qiymətlərinin düşməsi səbəbindən hasilatı yenidən azalda bilər

Səudiyyə Ərəbistanı könüllü neft hasilatının azaldılmasını ən azı 2024-cü ilin yazına qədər uzatmağı düşünür. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" xəbər verir.

Krallıq hazırda gündə təxminən 9 milyon barel hasil edir, baxmayaraq ki, maksimum gücü 12 milyon bareldir. Bundan əlavə, OPEC+ hasilatın əlavə olaraq daha 1 milyon barel azaldılmasını müzakirə edir. Noyabrın 26-da keçiriləcək iclasda bu məsələ qaldırıla bilər.

Nəşr qeyd edir ki, buna səbəb neftin qiymətinin düşməsi və ərəb ölkələrində İsrail və Fələstin arasındakı münaqişədən narazılıqdır. FT mənbələri hasilat məhdudiyyətlərinin uzadılması və ya artırılması ilə bağlı hələlik heç bir qərarın verilmədiyini vurğulayır.

Oktyabrda keçirilən son iclasda OPEC+ əvvəllər müəyyən edilmiş neft hasilatı kvotalarını saxlamaq qərarına gəlib. Komitənin yekun sənədinə əsasən, Alyansa üzv ölkələr bu ilin iyununda 2024-cü ilin sonuna qədər neft hasilatının kəmiyyət məhdudiyyətlərinə dair əldə edilmiş razılaşmaları bir daha dəstəkləyiblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->