Xəbər lenti

400 illik şəxsi inkişaf kitabından həyatınızı dəyişə biləcək 5 məsləhət
Dünya 09:04 03.09.2025

400 illik şəxsi inkişaf kitabından həyatınızı dəyişə biləcək 5 məsləhət

Şəxsi inkişaf kitabları dedikdə çox vaxt ən yenilərinin daha faydalı olduğu düşünülür. Ancaq 1621-ci ildə ingilis yazıçı və Oksford Universitetinin alimi Robert Barton tərəfindən yazılmış "Melankolinin anatomiyası" əsəri bu fikri alt-üst edir. 

Qaynarinfo xəbər verir ki, müasir devizlərdən və modaya çevrilmiş şüarlardan uzaq olsa da, insanın mənəvi vəziyyətinə dair bu əsər hələ də irəlidə hesab olunur. Müəllifin irəli sürdüyü bəzi nəzəriyyələr bu gün depressiya və əhval pozuntuları ilə bağlı anlayışlarla üst-üstə düşür.

Bartonun əsərinə əsasən həyat keyfiyyətini artırmaq üçün təqdim etdiyi 5 məsləhət bunlardır:

1. Nümunələri dərk etmək

Barton melankolinin nəsildən-nəslə ötürülə bilən "irsən xəstəlik" ola biləcəyini düşünürdü. Bu gün isə elm adamları depressiyanın həm genetik, həm də mühit faktorlarının təsiri ilə yarandığını təsdiqləyirlər. Öz əhval-ruhiyyəmizdəki və davranışlarımızdakı nümunələri izləmək, onlara təsir edən xarici amilləri idarə etməyə kömək edə bilər.

2. Soyuq su ilə təmas

Bartonun topladığı mənbələrdə açıq havada axar sularda və soyuq suda çimməyin ömrü uzatdığı qeyd olunurdu. Müasir tədqiqatlar da bunu dəstəkləyir: orqanizm soyuq suya adaptasiya olduqca stressə qarşı müqaviməti artırır və bu, depressiya kimi problemlərin təsirlərini zəiflədə bilər.

3. Yəbiətdə vaxt keçirmək

Barton melankoliyaya qarşı təbiətin gücünü xüsusi vurğulayırdı. Hodan və digər bitkilərin sakitləşdirici təsirindən danışır, bağçılıq və torpaqla təmasın bədən və ruh üçün faydasını qeyd edirdi. Bu yanaşma bu gün də aktualdır: təbiətlə fiziki təmasın insan psixologiyasına müsbət təsir göstərdiyi elmi olaraq təsdiqlənib.

4. Yükü bölüşmək

Bartonun fikrincə, insan dərdini içində saxlamamalı, dostları ilə paylaşmalıdır. Sosial təcrid depressiya yaşayanlarda çox rast gəlinir, amma əksinə, ünsiyyət və sosial fəaliyyətlər bu vəziyyətdən çıxış yolu ola bilər. Bu gün psixoloqlar da "sosial reseptlər" – rəsm dərsləri, gəzinti qrupları kimi fəaliyyətləri müalicə planına daxil etməyi tövsiyə edirlər.

5. İş və şəxsi həyat balansı

Barton "iş-şəxsi həyat balansı" ifadəsini işlətməsə də, artıq işin ziyanından bəhs edirdi. Onun fikrincə, oxuma və yazmaya həddindən artıq vaxt ayırmaq insanı sosial əlaqələrdən və fiziki hərəkətdən uzaqlaşdırır. Bu gün də məlumdur ki, balanslaşdırılmış həyat – işlə yanaşı yuxuya, hərəkətə və dostlarla ünsiyyətə vaxt ayırmaq – psixi sağlamlıq üçün vacibdir.

Aradan 400 il keçsə də, Bartonun melankoliyaya dair nəzəriyyələri və tövsiyələri bu gün də aktuallığını qoruyur. Özünüdərk, təbiətlə ünsiyyət, soyuq suda çimmək və dostlarla vaxt keçirmək insanın ruh sağlamlığını gücləndirən əsas vasitələrdən sayılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->