Böyük Britaniyada yazıçı Coan Roulinqin "Harri Potter” kitabları əsasında çəkiləcək serial üçün mini şəhər inşa olunacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Collider" məlumat yayıb.
Layihə HBO media holdinqi və "Warner Bros." studiyasının təşəbbüsü ilə həyata keçirilir. Mini şəhərin tikintisi təxminən 1,25 milyard ABŞ dollarına başa gələcək. Şəhərcik "Leavesden Studios” studiyasının yerləşdiyi Hertfordşir əyalətində salınacaq.
Yeni yaradılacaq nəhəng dekorasiya ərazisində yollar, çoxmərtəbəli dayanacaqlar, iri səs səhnələri üçün anqarlar və bir çox əlavə obyektlər olacaq. Burada çəkiliş zamanı təhsil ala biləcək gənc aktyorlar üçün məktəb, tibbi mərkəz və bayquşlar, siçanlar, atlar, hətta hörümçəklər üçün xüsusi yerlər də nəzərdə tutulub.
Mənbələrin sözlərinə görə, şəhərcik "təkcə serial üçün fon yox, həm də böyük aktyor heyəti və çəkiliş qrupunun bütün ehtiyaclarını qarşılayacaq kiçik bir meqapolis” funksiyasını yerinə yetirəcək.
Jurnalistlərə artıq Harri Potterin pilləkan altında yaşadığı Darsli ailəsinin evi nümayiş etdirilib. Bu ev kino françizasında görünən variantdan fərqli olaraq, psevdotudor üslubunda tərtib ediləcək.
Serialda professor Albus Dambldoru Con Litqau canlandıracaq. Severus Sneyp rolunda Paapa Essiedu, Rubeus Haqrid rolunda isə Nik Froust çıxış edəcək.
Aydın
Şərhlər