Xalq artisti Fatma Mahmudova xəstəxanada deyil, evindədir.
Bu barədə Qaynarinfo-ya aktrisanın qızı Nigar Tofiq Fatma Mahmudovanın xəstəxanaya yerləşdiriməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, anasının müalicəsi ev şəraitində davam etdirilir:
"Həkimlər müalicə yazıb. Hələ bir müddət də müalicə almalıdır. İndi vəziyyəti normaldır. Amma yenə də diqqətli olmalıyıq".
Qeyd edək ki, bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudova yenidən yıxılıb. Aktrisanın qolu sınıb.
Bahar Rüstəmli
Şərhlər