Dövlət Vergi Xidməti tərəfindən "Relax Kredit" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) vergi yoxlaması həyata keçirilib.
Qaynarinfo-nun məlumatına görə, yoxlama DVX-nın 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılıb.
Yoxlamanın nəticəsinə əsasən, kredit şirkətinin qanuni təmsilçisi Əfqan Eyubov Tahir oğlu barəsində 17.768,80 manat maliyyə sanksiyası tətbiq edilib.
Qazax, Şəmkir və digər qonşu rayonlarda fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 20 manatdır və 14 saylı Ərazi Vergilər İdarəsinə 17.761,88 AZN vergi borcu var.
Qeyd edək ki, Əfqan Eyubov 24 noyabr 2024-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində "Əsma Kredit" MMC-ni dövlət qeydiyyatından keçirib. Yeni şirkətin hüquqi ünvanı Qazax şəhəri, Ə.Süleymanov küçəsi, ev 13 ünvanıdır.
Aydın
Şərhlər