Xəbər lenti

Sənət 14:14 16.05.2025

"Azərbaycanfilm" kinostudiyasına status verilməlidir" - Ayaz Salayev

"Azərbaycanfilm" kinostudiyasına status verilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında kinorejissor və kinoşünas, senarist, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev deyib. 

Ayaz Salayev Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ölkənin ən böyük mədəniyyət ocaqlarından biri olduğunu bildirib:

"Milli kitabxana, İncəsənət muzeyi, Konservatoriya, Filarmoniya kimi mədəniyyət ocaqlarmız kimi kinostudiyaya da bir status verilməlidir. Bütün kino şirkətlərini də kinostudiyaya cəlb etmək lazımdır. Kinostudiya canlanmalıdır. Kinostudiya canlanmasa, studiyalar açılmasa, kino da olmayacaq".

Ayaz Salayevin sözlərinə görə, bunun üçün bütün kinematoqrafçılar birlikdə hərəkət etməlidir:

"Bu, ümumi iş olmalıdır. Bütün kinematoqarafçılar birlikdə təkliflər paketi işləyib, aidiyyatı qurumlara təqdim etməlidir".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->