Xəbər lenti

Kənd təsərrüfatı məhsulları niyə ucuzlaşmır? - Səbəblər
Ekonomiks 17:04 21.05.2025

Kənd təsərrüfatı məhsulları niyə ucuzlaşmır? - Səbəblər

"Kənd təsərrüfatı məhsullarının qiymətlərinin düşməməsinin səbəbi birinci növbədə hava şəraiti ilə əlaqədardır".

Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov deyib. 

Fermerin sözlərinə görə, hava şəraitinin qeyri-sabit keçməsi məhsuldarlığa təsir edir:

"Çiyələk yığımı çox acınacaqlı vəziyyətdədir. Bir parnikdən ötən il 30-35 kiloqram çiyələk yığırdıqsa, bu il artıq 8-10 kiloqram yığılır. Bir işçi günə 50 kiloqram çiyələk dərirdisə, artıq bu il 20-25 kiloqram dərir. Onun gündəlik əmək haqqı da qalxıb. Əkin sahələrində işləyən işçi qüvvəsi də azdır. Amma qiymətlər çox yuxarıdır, artıq 8 saat işləyənə 30 manat veririk. Bu gün hər yerdə kartof sahələrində işçiyə verilən qiymətlər çox bahadır. Hamı işçini kartof yığımına cəlb edir".

Fermer bu gün kartof sahələrində işçiyə 32 manat verildiyini vurğulayıb:

"Bir hektar kartof sahəsinin becərilməsində ən azı 8 işçi olmalıdır. Əvvəl bir hektarın becərilməsində 400-500 manat əmək haqqı verirdiksə, bu gün 1200-1300 manat olub. Fermer də məcbur olub bunu məhsulun üzərinə gəlir".

Anar Abbasov bu il qarpız əkininin iki dəfə həyata keçirildiyini əlavə edib:

"Birincini yağış çürütdü, məhv etdi. Biz də məcbur olub ikinci dəfə qablara əkdik. Belə olan halda bu, qiymətə təsir edəcək. Yəni, qarpız da baha olacaq".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->