Xəbər lenti

Məhkəmə qərarını dəyişmək adı ilə 5 550 manatlıq dələduzluq
Ölkə 18:30 21.05.2025

Məhkəmə qərarını dəyişmək adı ilə 5 550 manatlıq dələduzluq

Ali Məhkəmənin çıxardığı qərarı dəyişdirmək adı ilə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, iş üzrə zərərçəkmiş qismində tanınan A.Faradjevi ilə L.Canaşia adlı rəfiqəsi arasında mülki mübahisə yaranıb. 

A.Faradjevi mübahisəni hüquqi müstəvidə həll etmək üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Lakin birinci və apellyasiya instansiyaları onun iddiasını təmin etməyib. A.Faradjevinin Ali Məhkəməyə kassasiya şikayətinin də nəticəsi olmayıb. 

Valeh adlı tanışı ona bu məsələdə kömək edə biləcəyini deyib. O, A.Faradjevini yaxı tanışlarının olmasına inandıraraq bu işi həll edəcəyini bildirib. Zərəçəkmiş problemin həlli üçün ona 5 550 manat verib. Lakin Valeh vədini yerinə yetirməyib və qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib.

Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan Valeh verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, A.Faradjevini və anasını əvvəldən tanıyır. Onlardan müxtəlif vaxtlarda hissə-hissə borca pul alıb. Borcun da 2900 manatını qaytarıb. Valeh bildirib ki, A.Faradjevi və anasının ibtidai istintaqa verdiyi ifadələr şər-böhtandır. 

Bununla belə, məhkəmə Valehi verilmiş ittiham üzrə təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->