Xəbər lenti

Cavanşir Qurbanov vəfat etdi
Ölkə 23:47 21.05.2025

Cavanşir Qurbanov vəfat etdi

Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.

Qaynarinfo xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Cavanşir Qurbanov 1995-2017-ci illərdə AGF-də çalışıb.

O, ölkə idmanında uzunmüddətli xidmətlərinə görə Əməkdar məşqçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adları ilə yanaşı, 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni və Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilmişdi.

Onu da əlavə edək ki, Cavanşir Quliyev Azərbaycan Milli Güləş Federasiyasının prezidenti, "Mənim oğlum qəhrəmandır”, "Mənim atam qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanovun atasıdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->