Xəbər lenti

Yas mərasimində zəhərlənənlərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən açıqlama
Ölkə 22:12 20.05.2026

Yas mərasimində zəhərlənənlərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən açıqlama

20 may 2026-cı il tarixində Samux rayonunun Lək kəndində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, özlərini narahat hiss edən 21 nəfərə tibb müəssisəsində yardım göstərildikdən sonra evə buraxılıblar. 
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qidalardan müayinələrin aparılması üçün nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

Araşdırmalar davam etdirilir.
--> -->