Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – "Rosselxoznadzor" 2026-cı il mayın 22-dən Ermənistandan gül məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edəcək.
Bu barədə qurumun yaydığı məlumatda bildirilir.
Məlumata görə, istixanalarda aparılan yoxlamalar yekunlaşana və əldə olunan nəticələr təhlil edilənədək Ermənistandan Rusiyaya idxal olunan və tranzitlə göndərilən gül məhsullarına məhdudiyyət qüvvədə qalacaq.
Qurum qeyd edib ki, bu addım Rusiyanın fitosanitar təhlükəsizliyinin təmin olunması və ölkənin ixrac imkanlarının qorunması məqsədilə atılıb.
Şərhlər