Xəbər lenti

Ukrayna və ABŞ münasibətləri düzgün yola qayıdıb – Kit Kelloq
Dünya 11:08 12.04.2025

Ukrayna və ABŞ münasibətləri düzgün yola qayıdıb – Kit Kelloq

Vaşinqtonla Kiyev arasında münasibətlər "düzgün yola qayıdıb”, bunu faydalı qazıntıların hasilatına dair saziş üzrə danışıqların bərpası da sübut edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "The Times”a açıqlamasında bildirib.

Aprelin 11-də, cümə günü Ukrayna və ABŞ-ın texniki qrupları bu sazişi müzakirə etmək üçün görüşüblər. Sazişin məqsədi Amerikaya Ukraynadakı nəhəng faydalı qazıntı ehtiyatlarına – məsələn, litium, titan və urana – geniş çıxış imkanı vermək, əvəzində isə ABŞ-ın müharibədən sonrakı bərpa prosesinə dəstək və sərmayələrini təmin etməkdir.

Kelloqun sözlərinə görə, amerikalı rəsmilər bu sazişin təmin edilməsinə dair məsələləri lazımınca dəyərləndirməyiblər. O bildirib ki, ABŞ-ın ölkə üçün həyati əhəmiyyət kəsb edən faydalı qazıntılara çıxış əldə edib-etməyəcəyinə dair son qərarı Ukrayna parlamenti verəcək.

Kelloqun sözlərinə görə, Tramp administrasiyası etiraf edir ki, Ukraynada hansı faydalı qazıntıların mövcud olduğunu və onların dəyərinin nə qədər olduğunu "heç kim bilmir”, çünki son geoloji kəşfiyyat hələ Sovet dövründə aparılıb.

O əlavə edib ki, yaxın günlərdə Vaşinqtona səfər edəcək rəsmi şəxslər bu çətinlikləri aradan qaldırmağa və "biznes razılaşmasını” "diplomatik razılaşmaya” çevirməyə çalışacaqlar.

"New York Times”ın yazdığına görə, Ukrayna iqtisadiyyat nazirinin müavini Taras Kaçkanın başçılıq etdiyi nümayəndə heyəti Ukrayna faydalı qazıntılarının hasilatına dair sazişin yeni mərhələsi üzrə danışıqlar üçün Vaşinqtona gəlib. Gözlənilir ki, danışıqlar iki gün davam edəcək və texniki xarakter daşıyacaq.

Məlumata görə, ölkələr arasında faydalı qazıntılar üzrə sazişin son versiyası əvvəlkilərlə müqayisədə daha sərt şərtlər ehtiva edir. Belə ki, ABŞ indi resurslardan əldə olunan gəlirlər hesabına əvvəllər təmin edilən milyardlarla dollar dəyərində yardımı, heç bir təhlükəsizlik zəmanəti olmadan, geri almağı tələb edir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->